Oğuzda dağlıq ərazidə kol-kos yanır

Oğuzda dağlıq ərazidə kol-kos yanır
  01 Sentyabr 2022    Oxunub:832
Oğuz rayonunun şimal hissəsindəki yüksək dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə AzVision.az -a FHN-in mətbuat xidmətindən xəbər verilib. Məlumata görə, yanğın Sazur dərəsindəki kol-kos ərazidə qeydə alınıb.

Hazırda rayonun yanğından mühafizə qüvvələri mürəkkəb reylefli dağlıq ərazidə yanğınsöndürmə tədbirləri həyata keçirir. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti