İrəvanda müharibə əlillərinin pensiyaları dayandırılır

   İrəvanda müharibə əlillərinin pensiyaları dayandırılır
  05 Sentyabr 2022    Oxunub:766
Ermənistanda keçmiş hərbçilərin əlilliyə görə aldıqları pensiyaların dayandırılması prosesinə başlanılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Nəşr misal olaraq ordunun keçmiş müqaviləli hərbi qulluqçusu olan H.M. adlı şəxsin başına gətirilən hadisəni göstərib. Keçmiş hərbçinin həyat yoldaşı deyib ki, ərinin əlilliyə görə aldığı pensiyası kəsilib. Onun Ermənistanın Sosial Müdafiə Nazirliyinə şikayəti də təmin edilməyib və indiyə kimi aldığı pensiyanın bərpası qeyri-mümkün görünür.

Adı tam açıqlanmayan keçmiş hərbçinin həyat yoldaşı NEWS.am-ın əməkdaşı ilə söhbətində bildirib ki, əlil artıq iyun ayından pensiyasından məhrum edilib.

Qadın deyib ki, onlara nə üçün pensiyadan məhrum olunmaları belə ətraflı izah olunmayıb. Səhhətində dəyişiklik yaranmamasına baxmayaraq, onlara artıq vətəndaşın əlil olmadığını bildiriblər.

İrəvanda yeni qalmaqal: Müharibə əlillərinin sayı 1498-dən 1243-ə salındı
"Bu qərardan şikayət etmək üçün Sosial Müdafiə Nazirliyinə gedəndə gördüm ki, nəinki yalnız bizim pensiya dayandırılıb, xeyli hərbçi əlilliyə görə aldığı pensiyadan məhrum edilib. Hətta qadın var idi ki, 2-ci dərəcəli əlilliyə görə pensiyasının dayandırılmasından şikayət edirdi. O, 8 ildir pensiya alırmış", - şikayətçi nəşrə deyib.

Qadının sözlərinə görə, üç azyaşlı övladından ikisinin səhhətində problem var. Onlar buna görə də xüsusi müavinət alırlarmış. Amma indi uşaqların dövlət tərəfindən təyin edilmiş tibbi müayinəsi də ləğv edilib və onlardan müayinə üçün pul tələb ediblər.

"Ailə uşaqların və kişinin müavinətləri ilə dolanırmış. Lakin indi onların həyatı çox çətinləşib.Keçmiş hərbçinin həyat yoldaşı Sosial Müdafiə və Səhiyyə Nazirliyinə yenidən müraciət etmək niyyətində olduğunu bildirib", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Pensiya   Əlil  





Xəbər lenti