Müəllif yazır ki, həbsi gözlənilən keçmiş baş qrəargah rəisi Onik Qasparyanın arxasında Kreml dayandığı üçün onun başından bir tük də səkik olmayacaq.
"Xatırladaq ki, avqustun 31-də Qarabağın "müdafiə ordusu"nun keçmiş komandiri, Arayik Arutyunyanın baş müşaviri olan Mikayel Arzumanyan həbs edilib. O, bir neçə iş üzrə ittiham olunub. Bunlardan biri Şuşa şəhəri və ətraf rayonların müdafiəsinin təşkilində səhlənkar münasibət, başqa sözlə, Şuşanı özünün bilərəkdən təslim etməsidir. Sentyabrın 2-də müharibənin əvvəlində ağır yaralanana qədər "müdafiə ordusunun" komandiri vəzifəsində çalışmış Cəlal Arutyunyana qarşı da ittiham irəli sürüldü.
Məlum olub ki, o da xidməti vəzifələrini zəif yerinə yetirib və xüsusilə məşhur Lələ-Təpə əməliyyatını uğursuz keçirib. Bundan sonra hamı yüksək səslə bəyan etdi ki, növbəti hədəf keçmiş baş qərargah rəisi, adıçəkilən şəxslərin müharibədə faktiki tabe olduğu Onik Qasparyan olacaq. Lakin sonuncunun yaxın ətrafından öyrəndik ki, Qasparyan Rusiya dairələrinin himayəsindədir. Ona görə də Paşinyan şounu davam etdirə bilmir", - nəşr yazıb. Müəllif qeyd edib ki, baş nazir özünün reytinqi naminə rusların qoyduğu həbs qadağasını poza bilərdi. Amma o, artıq 2018-ci ilin "lideri" də deyil. Paşinyan zamanında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturova qarşı iş başlatmışdı. Artıq 4 ildir ki, o, ruslara qarşı kampaniyanın təhlükəsini anlayıb.
Tural Tağıyev
AzVision.az