Ermənistanda terror həyəcanı

   Ermənistanda terror həyəcanı
  12 Sentyabr 2022    Oxunub:1177
Ermənistanda növbəti dəfə terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu gün İrəvanda fövqəladə vəziyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün saat 09:35 radələrində FHN-nin Əməliyyat Qərargahına Noraşen rayonunda terror təhlükəsi barədə məlumat daxil olub. Belə ki, ev 47/7-nin həyətində dayanmış avtomobilin altına partlayıcı qurğunun qoyulduğu deyilib.

İrəvan metrosunda terror həyəcanı
"Həyəcan siqnalı verilərək hadisə yerinə 1 xüsusi qrup, kinoloji və dağ-mədən briqadaları yola düşüb, lakin təhlükəli qurğu və ya əşya aşkar edilməyib", - məlumtda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Terror  



Xəbər lenti