Deputat erməni jurnalisti vurmaq istədi - VİDEO

   Deputat erməni jurnalisti vurmaq istədi -    VİDEO
  15 Sentyabr 2022    Oxunub:1237
Xəbər verdiyimiz kimi bu gün Nikol Paşinyanın impiçmenti sualı ilə bağlı deputat Xaçatur Sukiasyanla erməni jurnalist arasında qalmaqal yaşanıb.
Bir müddət öncə isə parlamentdə daha bir insident baş verib. Hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Kristin Poqosyan Ani Gevorqyan adlı jurnalistlə mübahisə zamanı əsəbləşərək telofonu onun başına vurmaq istəyib. Deputatı həmkarları zorla zaldan uzaqlaşdırıblar.

Sukiasyan Paşinyana görə jurnalistin üstünə qışqırdı - VİDEO
Qeyd edək ki, bu, gün ərzində parlamentdə baş verən üçüncü qalmaqaldır. Səhər tribunadan çıxış edən müxalif deputat Qeqam Manukyan baş nazirin istefasını tələb etmişdi. Bundan sonra parlamentdə narazılıq baş qaldırdı və bu səbəbdən də iclasda fasilə elan olundu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Jurnalist   Deputat  



Xəbər lenti