Rusiyanın nüvə təhdidinə ABŞ-dan cavab - Blinken "xüsusi plan var" dedi

      Rusiyanın nüvə təhdidinə ABŞ-dan cavab   - Blinken "xüsusi plan var" dedi
  26 Sentyabr 2022    Oxunub:830
ABŞ administrasiyası Rusiyanın nüvə silahından istifadə edəcəyi halda, bundan sonrakı proseslər üçün xüsusi plan hazırlayıb. Lakin Vaşinqton hazırda bütün diqqətini Ukrayna ətrafındakı vəziyyətin mövcud münaqişənin genişlənməsinə səbəb olmamasına yönəldib.
AzVision.az xəbər verir ki, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə administrasiyanın hansısa planının olub-olmaması ilə bağlı sualı cavablandıran Blinken, "O plan artıq bizdə var" deyib.

Blinken hadisələrin bu cür inkişafı halında Vaşinqtonun ata biləcəyi konkret addımları müzakirəyə çıxarmayıb.

"Putin taktiki nüvə silahından istifadə edə bilər" - New York Times
- Konkret nəticələrinin nə olacağı sualına cavab verməyəcəyəm. Nüvə silahından istənilən istifadə halı təbii ki, onu atan ölkə, həm də bir çox başqaları üçün fəlakətli nəticələrə səbəb olacaq, - ABŞ rəsmisi vurğulayıb.

Dövlət katibinin qeyd edib ki, ABŞ administrasiyası Rusiya rəsmilərinə nüvə silahından istifadə ilə bağlı məsuliyyətsiz bəyanatların dayandırılmasının vacibliyini bildirib.

- Biz ruslara çox açıq şəkildə - ictimai formada və özəl olaraq dedik ki, nüvə silahları ilə bağlı məsuliyyətsiz bəyanatlar verməyi dayandırsınlar. Bəli, Moskvanın bizi eşitməsi və nəticələrinin dəhşətli olacağını bilməsi çox vacibdir. Biz bunu aydın şəkildə dedik.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Nüvə  



Xəbər lenti