Rusiyada ginekoloqu səhvən səfərbərliyə cəlb etdilər

 Rusiyada  ginekoloqu  səhvən səfərbərliyə cəlb etdilər
  29 Sentyabr 2022    Oxunub:7606
Rusiyada elan olunmuş qismən səfərbərliklə bağlı maraqlı hadisələr yaşanır. Rusiyanın Yəhudi Muxtar Vilayəti rəhbərinin müavini Valeri Jukov telegram kanalında yazıb ki, əvəzləyicisi olmayan yeganə tibb mütəxəssisi səhvən Donbas uğrunda döyüşlərdə iştirak etmək üçün səfərbər edilib.
Teploozerski rayon xəstəxanasında işləyən ginekoloq Viktor Lavrentyev artıq evə qayıdıb.

Döyüşə məmurlar gedir - Rusiyada qəsəbə rəhbərinə çağırış vərəqəsi gəldi
Həkim çağırış vərəqəsini aldıqdan sonra iş yerini tərk edib. Bu yanlış qərar isə dərhal aradan qaldırılıb. Regionda səfərbərliyin gedişinə qubernator Rostislav Qoldşteyn şəxsən nəzarət edir.

Qeyd edək ki, Rusiyada elan olunmuş qismən səfərbərliyə ilk növbədə, artıq döyüş təcrübəsi olanlar səfərbər olunurlar. Bundan başqa ehtiyatda olan hərbçilər də çağırış vərəqələri alaraq qaynar nöqtələrə göndərilirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfərbərlik  





Xəbər lenti