Valuyevə də çağırış vərəqi gəldi

   Valuyevə də çağırış vərəqi gəldi
  29 Sentyabr 2022    Oxunub:7312
Rusiyanın məşhur boksçusu, “Vahid Rusiya” partiyasından Rusiya Dövlət Dumasına deputat seçilmiş Nikolay Valuyev çağırış vərəqəsi alıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Mən də çağırış vərəqəsi almışam, indi hərbi komissarlığa gedirəm. Evə də getməliyəm. Çoxlu səfər görüşlərimiz oldu, çağırış isə Donbasa səfərdən əvvəl gəlib və mən evdə olmamışam. Gələn həftə mütləq gedəcəyəm", - boks üzrə keçmiş dünya çempionu və Dövlət Dumasının deputatı "İzvestiya"ya deyib.

Rusiyada ginekoloqu səhvən səfərbərliyə cəlb etdilər
"Baza" teleqram kanalı isə məlumat yayıb ki, Valuyevə gələn sənədin qismən səfərbərliklə heç bir əlaqəsi yoxdur. Orada sadəcə Dövlət Dumasının deputatından sentyabrın 15-də hərbi komissarlığa gəlməsi xahiş olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfərbərlik  



Xəbər lenti