Ukraynanın Xarkovda əks-hücumu pik həddə çatmayıb - ISW

   Ukraynanın Xarkovda əks-hücumu pik həddə çatmayıb -    ISW
  06 Oktyabr 2022    Oxunub:1014
Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücum əməliyyatı hələ də kulminasiya nöqtəsinə çatmayıb. Ordu hazırda Luqansk vilayətinə doğru irəliləyir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin son hesabatında məlumat verilib.

Müharibənin gedişatı dəyişib - Kiyev Luqanskı azad edir
Mütəxəssislərin qeyd etdiyi kimi, ruslar Oskol və Severski Donets çaylarının sahillərini əllərində saxlaya bilməyiblər. Onlar həmçinin bu zonadan "real sərhəd" kimi istifadə edərək, Kiyev ordusunun Rusiya tərəfindən işğal olunmuş Ukraynanın şərqindəki həssas ərazilərə irəliləməsinin qarşısını ala bilməyiblər.
Luqansk vilayətinin qərb hissəsinin relyefi sürətli manevr müharibəsi aparmaq üçün əlverişlidir. Ukrayna qüvvələri isə sentyabrın əvvəlində Xarkov vilayətinin şərq hissəsində bundan səmərəli istifadə edib. ISW-nin məlumatına görə, açıq mənbələrdə hələlik Rusiya ordusunun Luqansk vilayətinin qərb hissəsində əhəmiyyətli dərəcədə güclənməsinə dair heç bir məlumat yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti