Azərbaycanlı jurnalist Amerika Televiziya Akademiyasında – FOTOLAR

Azərbaycanlı jurnalist Amerika Televiziya Akademiyasında –    FOTOLAR
  10 Oktyabr 2022    Oxunub:1341
“Real” Televiziyasının proqramlaşma departamentinin müdiri, “Cinema Radio” Kino-Radio Kanalının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Kamran Qasımov Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü olaraq Los-Angelesdə səfərdədir.

Kamran Qasımov Amerika Televiziya Akademiyasının Saban Media Mərkəzində yerləşən “Wolf Theatre” zalında (Amerikanın dünya şöhrətli teleprodüseri, “Qanun və qayda” serialının yaradıcısı Dik Vulfun şərəfinə adlandırılıb) bir sıra yeni ekran əsərlərinin Los-Angeles premyerasında iştirak edib.


Azərbaycan jurnalist həmçinin Amerika Televiziya Akademiyasının kampusuna baş çəkib və Akademiyanın fəaliyyəti ilə tanış olub.


Qeyd edək ki, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası 1949-cu ildə Sid Kassid tərəfindən təsis olunub. Akademiya tərəfindən hər ilin sentyabr ayında Amerika televiziya şəbəkəsində yayımlanan serial, veriliş və digər növ audiovizual məhsullara, onların yaradıcı və texniki heyətinə ənənəvi və əfsanəvi "Emmi" Mükafatı təqdim olunur.








Teqlər: Media  





Xəbər lenti