Oktyabrın 8-də Rusiyanın Müdafiə Nazirliyi general Sergey Surovikinin Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun baş komandanı təyin edildiyini açıqladı. Surovikinin Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinə və Ukraynadakı Cənub Qüvvələri Qrupuna rəhbərlik etmək təcrübəsi var.
![]() |
Rusiya Ukraynada keçirdiyi xüsusi əməliyyata komandir təyin edib |
"Surovikinin təyinatı, çox güman ki, Rusiyanın milli təhlükəsizliklə bağlı ictimai şəxslərinin əməliyyatın aparılmasını təkmilləşdirmək səylərini əks etdirir. Bununla belə, o, siyasi məqsədlərə çatmaq üçün az resursa malik olan Rusiya Müdafiə Nazirliyindəki fraksiyalarla rəqabət aparmalı olacaq”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 8-də məlum oldu ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı orduya komandan təyin edib. Bu vəzifə ikinci çeçen müharibəsində, Tacikistandakı silahlı münaqişədə və Suriyadakı müharibədə iştirak etmiş 55 yaşlı Surovikinə həvalə edilib.
Tural Tağıyev
AzVision.az