- Mənim belə bir hobbim var ki, xalça seximdə dünya liderlərinin şəkli olan xalçalar toxutdururam və onları səfirliklər vasitəsi ilə həmin şəxslərə çatdırıram. Belə bir təşəbbüslərdən biri də Fidel Kastro ilə bağlı olmuşdu. Beləliklə, danışıqlar aparıldı və Fideolin iki şəklini də götürüb 2011-ci ildə Kubaya getdim. Orada Çeçenistandan olan bir qadının evində qalırdım. O kubalıya ərə gedib orada qalmışdım. Bir sözlə, 8 gün paytaxt Havana şəhərində prezidentlə görüş üçün uyğun vaxtı gözlədim. Həmin müddətdə ölkənin yaşayışı diqqətimdən qaçmadı. Mən gedən vaxtı deyərdim ki, yer kürəsinin ən ac ölkəsi Kuba idi. Çörək belə tapılmırdı. Orada hər gün hər adama 30 qram çörək payı verilirdi. Camaat 20 peso maaş alırdı. Hər kəs KQB agenti idi. Arvad kişidən, kişi arvaddan şikayət edidi. Evlərdə dinləmə cihazı var idi. Ölkədə bir dövlət kanalı var idi. Evində qaldığım çeçen qadın ölkəyə aid məlumatları heç vaxt danışmazdı, deyərdi ki, bizi dinləyirlər.
Orada bir çəkməçini həbs etmişdilər. Səbəbini soruşanda dedilər ki, o kapitalistdir. Nə var-nə var bir neçə çəkmə satıb və özünə maqnitafon alıb və kapitalist olub. Gülməli sözlər danışırdılar.

Beləliklə, bizim Fidel Kastro ilə görüşümüz baş tutdu. O tərcüməçidən imtina etdi, çünki rus dilində çox yaxşı danışırdı. Mən ona iki ədəd xalça aparmışdım. Biri onun general, digəri isə vətəndaş formasında idi. 40 dəqiqə söhbət etdik. Heydər Əliyev haqqında maraqla danışdı. Söhbətimizin bir yerində ona bildirdim ki, Azərbaycanda da sosializm olub. Amma vəziyyət belə deyildi. Kubada isə insanlar aclıqdan əziyyət çəkir. Fidelə sual verdim ki, “niyə ölkənizdə çörək yoxdur”. Bu sualım ona xoş gəlmədi. Mənə cavab vermədi və ayağa durub getdi. Rəsmi şəxslər məni təyyarəyə mindirib düz Azərbaycana yolladılar. Başa düşdüm ki, Fidelə bu sualı verməklə səhv etmişəm. Amma nə etmək olardı, artıq olmuşdu.
Kubada olarkən futbolçu Dieqo Armando Maradonailə də qarşılaşmışam. Onunla şəkil çəkdirmək istəyəndə köməkçisi bunun üçün 400-ə yaxın dollar pul ödəməli olduğumu bildirdi. Buna görə də şəkil çəkdirə bilmədim . Halbu ki, Argentina Futbol Federasiyasına onun da şəkli olan xalça toxutdurub göndərmişdim.

Dağlar Səfərov nə çox , nə az düz 4 dəfə Pakistanın 12-ci prezidenti Pərviz Müşərəffin qonağı olub.
- Pərviz Müşərrəflə dost olmuşam. 4 dəfə onun evində qonaq qalmışam. Türk dilini bilirdi. Çox mehriban və zaraftcıl insan idi. Mən onunla görüşən günün səhərisi harasa səfər edirdi. Dedi, “istəyirsən, mənimlə gedək, sən mənim qonağımsan”. Azərbaycanı sevən bir insan idi”.

Maraqlı məqalardan biri də Şimali Koreya lideri Kim Çen Inla yaşanıb. Şimali Koreyanın Rusiyadakı səfirliyinə məktub yazan Dağlar müəllim bir ildən sonra cavab alıb. Beləliklə , Kim Çen İnnin də xalça şəkli ona çatdırlıb.
“Kim hədiyyəni çox bəyənmişdi. Hətta mənə bir ildən sonra ora getmək üçün viza da verilmişdi. Səfirlikdən bildirdilər ki, xalçaların şəkilləri çıxarılıb və Şimali Koreyanın bir neçə şəhərində yollarda asılıb. Azərbaycan dilində də “Dağlar Səfərov hədiyyə edib” deyə üzərində yazılıb. İndi yəqin ki, bütün Koreya məni tanıyır(gülür).
Qeyd edək ki, D. Səfərovla geniş müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.














Şahanə Rəhimli
AzVision.az