|
| "Vaqner" döyüşlərə cəlb edilən 40-dan çox məhbusu güllələyib |
"Onlar Sevastopolda nəinki peşəkar hərbçiləri və çağırışçıları, həm də yaraqlıları və Donbassdan səfərbər olunanları da evlərindən yüz kilometrlərlə aralıda dəfn ediblər. Bu tendensiya bu gün də davam edir", - telekanalın hazırladığı materialda deyilir.
Jurnalistlərin məlumatına görə, məhv edilmiş işğalçıların bir hissəsi Belarusiyanın Qomelində, Rusiyanın Kursk və Belqorod şərələrində dəfn edilib. Cənubdakı böyük itkilər rusları başqa bir yeni kütləvi dəfn məkanı yaratmağa məcbur edib.
Hətta iddia olunur ki, döyüşçülər Sevastopoldakı qəbiristanlıqda daha çox nişansız qəbirlər formasında basdırılırlarmış. Heç kim identifikasiya aparmayıb. Krım xəstəxanalarında dünyasını dəyişən yaralı döyüşçülər da birbaşa Sevastopolda dəfn edilib. Bildirilir ki, beləcə minlərlə işğalçının həlak olması faktlarını gizlətməklə onların yaxınları da xüsusi ödənişdən məhrum edilib.
"Rusiya Müdafiə Nazirliyinin nümayəndələri dövlətin məlum ailələrə təzminat üçün ayırdığı yüz milyonlarla vəsaiti oğurlamaq imkanı da əldə etdi. Bundan əlavə, generallar maddi-texniki təchizat sisteminə əlavə yük olan proseslərdən qaçdılar. Çünki ölənlərin cəsədlərini öz doğma şəhərlərinə, minlərlə kilometr uzaqlara daşımaq lazım gələcəkdi”, - jurnalist xaotik dəfnlərin başa bir məqsdəini belə izah edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


