İrəvanda türk mallarının yayılması erməni siyasətçini qorxutdu

   İrəvanda türk mallarının yayılması erməni siyasətçini qorxutdu
  17 Oktyabr 2022    Oxunub:1398
Ermənistan parlamentinin keçmiş deputatı, siyasətçi Anna Kostanyan ölkəsindəki supermarketlərdə Türkiyə məhsullarının geniş şəkildə yayılmasını sərt şəkildə tənqid edib.
O, sosial şəbəkələrdə foto paylaşaraq qeyd edib ki, yaxşı olardı ki, erməni xalqında bir az da olsa milli ləyaqət qalsın. Eks-deputat iddia edib ki, fotoda əks olunan mallar Ermənistan məhsulu kimi İrəvan şəhər supermarketlərində təqdim olunur. Əslində isə o, türk mallarıdır.

Erməni siyasətçi türk mallarının bazarı zəbt etməsinə etiraz etdi
"Mən hələ bu istiqamətdə türk məhsullarının geniş çeşidinin, həcminin artmasından danışmıram. Xüsusən də son vaxtlar türk xammalları "keyfiyyətsiz" məhsullar şəklində erməni malı adı altında yayılır. Təbii ki, burada azad bazar rəqabəti haqqında danışanlar və ya türk mallarına alternativin olmaması ilə bağlı danışanlar peyda ola bilər. Amma unutmayaq ki, eyni bazarda bu boyda satışı təmin edən “oyunçular” bəzən rəqabəti pozurlar. Üzərində nar, Ağrı dağı və ya erməni əlifbasının hərfləri görünsə belə, şəkillərdə təqdim olunan məhsulun erməni dili ilə heç bir əlaqəsi yoxdur, o cümlədən naxışların da bizlə əlaqəsi yoxdur”, - erməni siyasətçi "İrəvan City" tiarət mərkəzində çəkdiyi foto haqqında yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məhsul  



Xəbər lenti