Kiyevə "Kamikadze hücumu" rusların psixoloji təzyiqindən xəbər verir - ISW

   Kiyevə  "Kamikadze hücumu"  rusların psixoloji təzyiqindən xəbər verir -    ISW
  18 Oktyabr 2022    Oxunub:1140
Bazar ertəsi, oktyabrın 17-də İran istehsalı olan kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) ilə Kiyevin mülki infrastrukturuna təşkil olunan hücumlar Rusiyanın daha geniş hərbi əməliyyatlar aparmaq modelinə uyğundur.
Bu barədə ABŞ -ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) yeni hesabatında məlumat verilib. Qeyd edilir ki, indi ruslar Ukrayna dövlətində qarşı psixoloji terroru döyüş meydanında əldə edilən nailiyyətlərdən üstün tuturlar.

Kiyevə hava zərbəsi: ölənlər var
Amerikalı hərbi analitik Bret Fridmanın fikrincə, İranın "Şahed-136" kamikadze PUA -larının Ukrayna paytaxtına beş zərbə endirməsinin təsirini 15 artilleriya mərmisinin partlamasının təsiri ilə müqayisə etmək olar.

Ekspert qeyd edib ki, bu cür hücumların ciddi hərbi effekti olmur. Lakin çoxlu insan həlak ola və ya yaralana bilər. Həmçinin mülki infrastruktura da ciddi ziyan dəyə bilər.

"Təhlillər göstərir ki, Rusiya qüvvələri mülki əraziləri hədəfə almaqla psixoloji təsirlər yaratmaq üçün "Şahed-136" PUA - larından istifadə etməyə davam edirlər", - ISW hesabatında qeyd edib.

Xatırladaq ki, Kiyev oktyabrın 17-də kamikadze PUA - ları ilə hücumlara məruz qaldı. İran istehsalı olan 28 PUA Ukraynanın paytaxtını hədəf seçdi ki, bu da ciddi dağıntılar və insan itkilərinə səbəbə oldu. Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrin əksəriyyətini vursa da şəhərə 5 zərbə endirildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Kiyev   Rusiya  





Xəbər lenti