|
| Dehli İrəvanı yenə silahlandırır: "Akaş" və kamikadze dronlar satılacaq |
O, ermənilərin hələlik hansısa müharibəyə hazır olmadığını açıq şəkildə etiraf edib.
- Heç kimə sirr deyil ki, qırıcıların sayının artırılması ilə bağlı problemlərimiz var. Hindistan fantastik tank əleyhinə raket texnologiyasına malikdir və dünya ən çox Su-30-u olan ölkələrdəndir. Rusiyanın da daha çox Su-30-ları var. Moskvanın müxtəlif PUA-larla bağlı yaxşı təcrübəsi mövcuddur.
Təbii ki, biz istərdik ki, məsələn, İsveç və ABŞ-la da işləyək, dünyanın ən müasir texnologiyalarını əldə edə bilək. Lakin bu gün siyasi maneələr, bizə mane olan və kömək edən şərait var. Bununla belə, prioritet hesab etdiyimiz və təhlükəsizliyimizi əhəmiyyətli dərəcədə artıra biləcək o məsələlərə Hindistanda rast gəlmək olar. Amma gəlin xəyallara qapılmayaq və yeni hərbi əməliyyatlar barədə həvəskarcasına danışmayaq.
Nə qədər ki, bir sıra hərbi-elmi vəzifələrimizlə bağlı çatışmazlıqlarımızı aradan qaldırmamışıq, heç bir alınan silah problemlərimizi qapatmayacaq. Hansı müharibəyə hazırlaşdığımızı dəyərləndirməliyik. Yalnız ondan sonra bu döyüşlər üçün hansı silahları alacağımıza qərar verməliyik, - Artsrun vurğulayıb.
Qeyd edək ki, Hindistanın "ThePrint" saytı Ermənistan rəhbərliyinin Azərbaycanla davam edən gərginliyə görə Dehli ilə yeni hərbi sazişləri bağlayacağını bəyan edib. Hindistan nəşri yazıb ki, İrəvan “Akaş” tipli zenit-raket kompleksləri ilə yanaşı, pilotsuz təyyarələr və digər döyüş sursatlarının alınması imkanlarını nəzərdən keçirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


