“Oktyabrın 18-də Qandinaqarda Ermənistanın müdafiə naziri Suren Papikyan və onun hindistanlı həmkarı Şri Racnat Sinq arasında DEFEXPO 2022 çərçivəsində baş tutan ikitərəfli görüşdə əsas diqqət müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib. Bu görüş iki ölkə arasında "Pinaka" çoxsaylı buraxılış raket sistemləri, "Konkurs" tank əleyhinə raket sistemləri və 80 mm-lik minaatanlar da daxil olmaqla geniş çeşiddə hərbi sursatların satışına dair hökumətlərarası saziş imzaladıqdan bir neçə həftə sonra baş tutub", - "ThePrint" yazıb.
![]() |
Hindistan "metallom"u: Niyə "Pinaka" Ermənistandan başqa heç kimə lazım deyil? |
“ThePrint” mənbələri qeyd ediblər ki, hazırda Hindistan hökuməti Türkiyə və Pakistanın dəstəklədiyi Azərbaycanla yaranmış gərginliyə görə Ermənistanla müdafiə sahəsində əməkdaşlığın tərəfdarıdır.
Hərbi mənbələr Ermənistanın yerli “Akaş” zenit-raket komplekslərinin alınmasını ciddi şəkildə nəzərdən keçirdiyini vurğulayıblar.
“Ermənistan həmçinin Hindistanda "Tata Advanced Systems Limited" (TASL) və "Solar Industries" özəl şirkətləri tərəfindən hazırlanmış kamikadze dronların alınmasını da nəzərdən keçirir”, - "ThePrint" yazıb.
Sayt onu da xatırladıb ki, Azərbaycan Ermənistanla müharibdə Türkiyənin pilotsuz təyyarələrindən aktiv şəkildə istifadə edib və həmçinin "JF-17" qırıcıları almaq üçün Pakistanla danışıqlar aparır.
Xatırladaq ki, bundan öncə Ermənistan Hindistandan 80-ci illərin layihəsi olan "Pinaka" raketləri almışdı. O, "Qrad"ların zəif plagiatı sayılır. Bundan başqa Dehli artıq İrəvana “Svathi” radarları da verib.
Tural Tağıyev
AzVision.az