Yada salaq ki, Paşinyan verdiyi müsahibədə Ermənistanın əvvəlki hakimiyyətinin dövründə aldığı silahları "metal qırıntıları" adlandıraraq demişdi ki, "60-80-ci illərin silahlarının idxalını normal silah və hərbi texnikanın idxalı ilə qarışdırmaq olmaz”.

Yazıda qeyd olunur ki, əgər Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Nikol Paşinyanın bu bəyanatını əsas götürsə, o zaman ən azı bir neçə epizod üzrə cinayət işi başlamalı və baş nazir təqsirləndirilən şəxs qismində prosesə cəlb edilməlidir. Çünki dövlət büdcəsindən yüz milyonlarla dollar götürülüb. Ermənistana metal qırıntılarının idxalı üçün büdcə talanıb.
![]() |
“Qrad”ın zəif plagiatı: “Pinaka” acı taleyilə görüşə tələsir – ARAŞDIRMA |
2019-cu ildə Paşinyanın rəhbərlik etdiyi hökumət İordaniyadan "Osa-AK" hava hücumundan müdafiə sistemi almışdı.Bu sistemlər İordaniya ordusunda istifadədən çıxarılmışdı. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, saziş Ermənistana 27 milyon dollara başa gəlib. Hələ 2019-cu ildə bir çox ekspert bu sistemləri "metal qırıntıları" adlandırmışdı. Bəyan olunurdu ki, həmin silahlar Ermənistanın və ya Qarabağın havasını qoruya bilməyəcək. O vaxt separatçıların rəhbəri Arayik Arutyunyan İctimai Televiziyanın efirində Qarabağın hava məkanının tamamilə qapandığını demişdi. Amma Paşinyan hökumətinin aldığı "Osa-AK"lar müharibənin elə ilk günlərində uğursuzluğa düçar oldu.
Mətbuatda yayılan məlumatlara görə, Ermənistan Hindistan istehsalı olan silahların alınmasına 270 milyon dollardan çox pul xərcləyib. Paradoks budur ki, Paşinyana görə, 1981-ci ildə hazırlanmış və heç bir ölkəni maraqlandırmayan bu sistemlər "metal qırıntıları" sayılmır. Halbuki, "Pinaka"lar öz sinfinin digər sistemlərindən bir neçə dəfə ucuzdur və effektiv olsaydı, müxtəlif ölkələr onları çoxdan kütləvi şəkildə alardılar.
Bir sözlə, Paşinyanın qiymətləndirməsini əsas götürsək, onun hökumətinin "metal qırıntıları"na əbəs yerə 300 milyon dollara yaxın pul ödədiyi ortaya çıxır. Əgər həqiqətən də Ermənistan dövlətinin Milli Təhlükəsizlik Xidməti, prokurorluq və digər hüquq-mühafizə sistemləri normal fəaliyyət göstərsəydi, o zaman Paşinyan və hökuməti bu addıma görə cavab verərdi.
Tural Tağıyev
AzVision.az
Bu yazını da qaçırmayın:
“Qrad”ın zəif plagiatı: “Pinaka” acı taleyilə görüşə tələsir – ARAŞDIRMA