Arayikin Moskva arzuları: Putinlə görüşə can atır

   Arayikin Moskva arzuları:    Putinlə görüşə can atır
  20 Oktyabr 2022    Oxunub:929
Separatçıların "rəhbəri" Arayik Arutyunyan çətin duruma düşüb.AzVision.azbu barədə Ermənistanın "Past" qəzetinə istinadən xəbər verir.
Qeyd edilir ki, bir neçə gün öncə Arutyunyanın başçılıq etdiyi "nümayəndə heyəti"nin İrəvana səfəri ciddi uğursuzluqla nəticələnib. Xüsusən də onun baş nazir Nikol Paşinyanla görüşü və ümumiyyətlə, sonuncunun Qarabağ məsələsi ilə bağlı siyasətindən ciddi narazılığı yaranıb.

Məlumata görə, İrəvandakı son görüşdə Paşinyan qondarma nümayəndə heyətinə açıq şəkildə bəyan edib ki, bundan sonra Qarabağ məsələsi istiqamətində başqa heç nə edə bilməyəcək .

"Ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyətinin nümayəndələri açıq şəkildə bildirirlər ki, Qarabağ məsələsinə görə həm Xankəndidə oturanlar, həm də Rusiya hakimiyyəti məsuliyyət daşıyır. Bununla belə, qəzetimizin Xankəndidəki mənbəsinin verdiyi məlumata görə, Arutyunyan dinc dayanmaq niyyətində deyil. Onlar konkret addımlar hazırlayırlar. Bizdə olan məlumata görə, yaxın günlərdə Xankəndidən bir "nümayəndə heyəti" Rusiya Federasiyasının siyasi rəhbərliyi ilə görüşmək üçün Moskvaya yola düşəcək", - nəşr yazıb.

"Nikol Arayiki 3 gün oteldə gözlədib sonra qəbul edib" - Erməni deputat
Müəllif iddia edir ki, separatçıların əsas məqsədi özlərinin bundan sonrakı taleyi ilə bağlı dəqiqləşdirmələr aparmaq, sülhməramlıları regiona gətirən Moskvadan konkret cavab almaqdır.

"Bizə onu da bildirdilər ki, qarşıda planlaşdırılan görüşlərin təşkili üçün hazırda Moskvada hazırlıq işləri də gedir. Mənbəmizin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə də görüşün baş tutması ehtimal edilir", - nəşr yazıb.

Maraqlıdır ki, sosial şəbəkələrin erməni seqmentində və bəzi saytlarda bu informasiya ciddi qəbul edilməyib. Qeyd edilir ki, hazırda Azərbaycanla yüksək əlaqələrə, sıx münasibətlərə malik olan Rusiya hansısa tanınmayan separatçı rejimə görə belə tədbir görməz. Putinin Arayiklə görüşü real görünmür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qarabağ   Ermənistan  



Xəbər lenti