"İran bizə yardımla bağlı hər cür eyham vurur" - Erməni alim

   "İran bizə yardımla bağlı hər cür eyham vurur" -    Erməni alim
  20 Oktyabr 2022    Oxunub:2343
ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan Qafqaz regionunda baş verən proseslər barədə danışıb. AzVision.az xəbər verir ki, "Kanal 5"ə müsahibə verən erməni alim bir sıra diqqət çəkən fikirlər səsləndirib.
O, Avropa İttifaqının (Aİ) müşahidəçilərinin Azərbaycnla sərhəddə yerləşdirilməsindən tutmuş, İranın bölgədə aktivləşməsinə qədər olan məsələlərə toxunub.

"İran sülhü tanımayıb Zəngəzura qoşun yeridəcək" - Tarasov
- Əgər Ermənistana qarşı genişmiqyaslı hücum başlansa, Azərbaycan belə bir istəkdə olsa, müşahidəçilər bunu heç bir şəkildə dayandıra bilməyəcəklər. Onlar sadəcə olaraq müharibənin başlandığını bəyan edə bilərlər. Avropa isə bir növ hücum edən tərəfə mənəvi və ya siyasi təzyiq göstərəcək. Amma biz bilirik ki, Azərbaycanı heç kim dayandırs bilməyəcək, - siyasi şərhçi qeyd edib.

Xaçikyan Ermənistan-İran münasibətlərinə də toxunub.

- İrəvandakı mövcud hakimiyyət qərbyönümlüdür və ABŞ-la hər hansı problem yaşamaq istəmir. Onlar Qərbin, Pelosinin, Makronun bizim xilaskarımız olduğuna inanırlar. Ona görə də biz İranla münasibətlərimizi heç olmasa döyüş sursatı əldə etmək üçün inkişaf etdirmirik. İran bizə hər cür eyham vurur ki, sizə kömək etməyə hazırıq! Lakin biz Paris, Brüssel, Berlin və Vaşinqton tərəfə baxdığımız üçün onlara cavab vermir, müttəfiqimizi itiririk. Belə yanaşma destruktivdir. Çünki Qərb Ermənistana ciddi yardım etməyəcək, - Xaçikyan İrəvanın xarici siyasətindən gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan  



Xəbər lenti