Putin Kadırovun anasını “Şərəf” ordeni ilə təltif etdi

   Putin Kadırovun anasını “Şərəf” ordeni ilə təltif etdi
  20 Oktyabr 2022    Oxunub:1317
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun anasını “Şərəf” ordeni ilə təltif edib.
“Rusiya Qəhrəmanı Axmat Kadırov adına Regional İctimai Fondunun prezidenti Kadırova Aymani Nesievna fəal ictimai fəaliyyətinə görə təltif edilsin”, - deyə Putinin imzaladığı sərəncamda deyilir.

Qeyd edək ki, oktyabrın 5-də Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti