“Qərbə üz tutmağımız bizə fəlakətli olacaq” - Erməni eks-spiker

   “Qərbə üz tutmağımız bizə fəlakətli olacaq” -    Erməni eks-spiker
  26 Oktyabr 2022    Oxunub:788
Ermənistanın son aylar aşkar şəkildə Qərbə doğru istiqamət alması, İrəvanın anti-Rusiya siyasəti yürütməsi erməni cəmiyyətində narahatlıqla qarşılanır.
Ermənistan parlamentinin keçmiş spikeri Tiqran Torosyan "168.am" saytına müsahibəsində mövzu ilə bağlı bir sıra maraqlı fikirlər səsləndirib. O, Ermənistanın xarici siyasət vektorunun dəyişməsindən danışarkən qeyd edib ki, hazırda xalqa istiqamət verənlər də çaş-baş durumdadırlar.

“Rusiya ilə gərginlik İrəvanın İranla münasibətlərini pisləşdirəcək" - Danielyan
- Əgər kimsə deyirsə ki, biz bu yeni yolu davam etdirməməliyik, başqa yol seçməliyik, o zaman məqsədinin, yanaşmaların nədən ibarət olduğunu təqdim etməli, gözlənilən fayda və zərərləri xalq üçün təsvir etməlidir. Amma heç nə də deyib izah etmirlər. Yalnız öz istəklərini bildirirlər, sonra isə nəticə acınacaqlı olur. Bunun bariz nümunəsi Ukraynadır. Onlar yalnız Avropa İttifaqına, NATO-ya və s. üzv olmaq istədiklərini deyirdilər. Əslində isə heç birini təmsil etmirdilər. Bu da ona gətirib çıxardı ki, Qərb heç vaxt demədi ki, Rusiya ilə Ukraynaya görə döyüşə girəcək. Yəni Qərbin özü ona doğru irəliləyən ölkədən ötrü konfliktə girmək fikrində deyil. Ermənistanla bağlı da vəziyyət belədir. Dəqiq hesablama olmadan Qərbə doğru sıçrayış etmək ölkəmiz üçün sadəcə olaraq fəlakətli olacaq, - Torosyan qeyd edib.

O, maraqlı bir fikir də səsləndirib: “Mher Qriqoryanla Şahin Mustafayev arasında indiyədək Moskvada bir neçə görüş keçirilib. Tezliklə, noyabrın əvvəlində Brüsseldə də görüşəcəklər. Kim ki, istiqamətini dəyişib, o da niyə Qərbə yön aldığını izah etməlidirlər. Onsuz da birbaşa fərqli istiqamətə yönələ bilməyəcəksiniz. Bu, qəbul edilən münasibət forması deyil".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qərb  





Xəbər lenti