Əvvəllər B61-12-nin 2023-cü ilin yazından tez olmayaraq Avropaya çatdırılması planlaşdırılırdı. Lakin son olaraq tarix dəyişidirlib və bu ilin dekabrına keçirilib.
Məlum proseslə bağlı sənəddə deyilir ki, aparılan görüşlər zamanı NATO-nun 15 müttəfiqi alyansın “Putinin nüvə şantajına boyun əyilməməsi” ilə bağlı narahatlığını ifadə edib.
Məlum proseslə bağlı sənəddə deyilir ki, aparılan görüşlər zamanı NATO-nun 15 müttəfiqi alyansın “Putinin nüvə şantajına tab gətirməməsi” ilə bağlı narahatlığını ifadə edib.
"Rusiyanın nüvə ritorikasının artan həcmini və əhatə dairəsini nəzərə alaraq, bəzi müttəfiqlər davamlı hazırlığı və ardıcıl mesajlaşmanı təmin etmək üçün NATO daxilində mütəmadi məsləhətləşmələrin aparılmasını tələb ediblər", - məqalədə yazılıb.
![]() |
Putinə nüvə xəbərdarlığı olunub - Blinken |
Qeyd edək ki, B61 nüvə bombaları ailəsinə aiddir və ilk dəfə 1960-cı illərin əvvəllərində hazırlanıb. O, ilk dəfə Nevada ştatında yeraltı nüvə sınaqlarında nümayiş etdirilib. Onilliklər ərzində onun onlarla yenilənmiş versiyası hazırlanıb və bombaların əksəriyyəti o vaxtdan köhnəlmiş sayılıb.
B61-12-nin ömrünün uzadılması proqramı isə Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədəki hava bazalarında saxlanılan 100-ə yaxın bomba da daxil olmaqla, bir neçə əvvəlki versiyanı əvəz etmək üçün nəzərdə tutulub. Bu təkmilləşdirilmiş bombaları Amerika bombardmançıları və qırıcıları, həmçinin Müttəfiqlərin F-15, F-16, F-35 və Tornado təyyarələri daşıya bilər. Döyüş başlığının özünün partlayıcı gücü hədəfdən asılı olaraq artırıla və ya azalda bilər.
Tural Tağıyev
AzVision.az