"Putin Ukrayna xalqı anlayışını silmək istəyir" - Müharibə Araşdırmaları İnstitutu

   "Putin Ukrayna xalqı anlayışını silmək istəyir" -    Müharibə Araşdırmaları İnstitutu
  28 Oktyabr 2022    Oxunub:867
Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunun plenar iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər dünyanın diqqət mərkəzində olub. AzVision.az xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında Putinin Ukrayna ilə bağlı açıqlamalarına toxunulub.
Qeyd edilir ki, yeni bəyanatlar hər kəsi indiki müharibənin soyqırım aktı olub-olmadığını düşünməyə sövq edir.

Ekspertlərin sözlərinə görə , o, “Valday” klubunda çıxışı zamanı Ukraynanın suverenliyini inkar etməyə davam edib ki, bu da ciddi danışıqların aparılması ideyaları ilə köklü şəkildə bir araya sığmır.

Kreml rəhbərinin oktyabrın 27-də “Ukraynanın suverenliyinin yeganə real təminatının ancaq bu ölkəni “yaradan” Rusiya ola bilər" deməsi Kiyevin tamamilə məhvinə hesablanıb.

"Kiyev ildırım sürətilə əks-hücum əməliyyatları keçirir" - Müharibə Araşdırmaları İnstitutu
Putin açıq şəkildə vurğulayıb ki, ukraynalıların və ruslar "vahid xalq" olmaları "tarixi fakt"dır və onlar səhvən “müxtəlif dövlətlərə” bölünüblər”. Oktyabrın 26-da isə Putin Ukraynanın "suverenliyini itirdiyini" və NATO-ya üzv olduğunu bəyan etdi.

“Putinin Ukrayna və Rusiyanın müəyyən tarixi şəraitlə müxtəlif dövlətlərə bölünmüş vahid xalq olması barədə rəvayətini davam etdirməsi onun daimi məqsədinin Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqı anlayışını tarixdən silmək olduğunu göstərir”, - analitiklər qeyd ediblər.

O, sual-cavab zamanı qeyd edib ki, “əgər bu vahid etnik qrupun hər hansı bir hissəsi nə vaxtsa özünü ayrıca xalq hesab edəcək səviyyəyə çatdığına qərar verirsə, o zaman buna ancaq hörmətlə cavab vermək olar”. Ekspertlər qeyd edirlər ki, bu şərhdəki detallarla Putin hazırda hər hansı müstəqil Ukrayna milli kimliyinin mövcud olması fikrini rədd etdiyini vurğulayır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ukrayna  





Xəbər lenti