"2023-də Kiyevə qarşı nüvədən istifadə olunmayacaq" - ISW

   "2023-də Kiyevə qarşı nüvədən istifadə olunmayacaq" -    ISW
  31 Oktyabr 2022    Oxunub:1009
Rusiya Prezidenti Vladimir Putin 2023-cü ildə Ukraynaya qarşı çox güman ki, indiki kimi, nüvə də daxil olmaqla, heç bir prinsipial yeni silah növündən istifadə etmədən mübarizə aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) oktyabrın 30-na olan hesabatında məlumat evrilib.

Analitiklər belə qənaətə gəliblər ki, Kreml rəhbəri geri addım atmayacaq.

"ABŞ Avropada nüvə bombaları yerləşdirilməsini sürətləndirir" - Politico
“Putin Ukraynanın döyüş və Qərbin Kiyevi dəstəkləməyə davam etməklə bağlı iradələrini qırmağa çalışacaq. Bu səylərlə paralel olaraq o, adi hərbi vasitələrlə Ukraynada maksimalist məqsədlərinə çatmaq ümidini də itirmir”, - ISW ekspertləri yazıblar.

Onların fikrincə, Putin çətin ki, taktiki nüvə silahından istifadə etməklə eskalasiyaya gedə.

Analitiklər Putinin NATO ilə birbaşa hərbi münaqişəyə can atması ehtimalının da aşağı olduğunu qeyd edirlər. Mütəxəssislər belə qənaətə gəliblər ki, Moska nüvə silahından istifadə və NATO-ya hücum ehtimalına işarə vurmağa davam edəcək. Lakin bu, sadəcə Putinin “Qərbin Ukraynanı dəstəkləməyə davam etmək iradəsini qırmaq cəhdlərinin bir hissəsi” olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Nüvə  





Xəbər lenti