"Ən Rusiyapərəst hökumət bizik" - Simonyan

   "Ən Rusiyapərəst hökumət bizik" -    Simonyan
  02 Noyabr 2022    Oxunub:758
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya ilə bağlı diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, parlamentdə jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, İrəvanın anti-Rusiya mövqeyi sərgiləməsi həqiqəti əks etdirmir.
“Bugünkü Ermənistan hökuməti ən çox rusiyapərəst mövqe sərgiləyən hökumətdir. Rusiya Dövlət Dumasının rəhbəri bu yaxınlarda reallaşan səfəri zamanı dedi ki, o, əlaqələrimizin xeyli genişlənməsindən məmnundur. Çünki əvvəlki hökumətlərin dövründə bu əlaqələr kifayət qədər geniş deyildi. Münasibətlərimiz çox pis idi və bu gün parlamentlərarası əlaqələrimiz daha da sıxlaşıb”, - Simonyan İrəvanın anti-Rusiya siyasətini malalamağa çalışıb.

"Simonyan anti-Rusiya ab-havasına görə Moskvaya çağırılıb" - Erməni qəzeti
Qeyd edək ki, son bir neçə ayda Rusiya Ermənistanla münasibətlərdə ciddi problemlər yaşayır. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirildi, hətta yerli mediada Surmaluda baş vermiş faciəvi partlayışda "rus izləri" axtaran təthlil yazılar dərc edildi. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu. Rusiya üçün ən son arzuolunmaz anti-rus mövqeyi isə İrəvanın bir neçə rus siyasətçi və tanınmış şəxsi qara siyahıya salınması oldu.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti