"Müxalifət Zatulinin adı gələndə fəallaşır" - Simonyan

   "Müxalifət Zatulinin adı gələndə fəallaşır" -    Simonyan
  02 Noyabr 2022    Oxunub:802
Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətin ölkədə növbəti dəfə qarışıqlıq yaratmaq cəhdlərindən danışıb. AzVision.az xəbər verir ki, o, parlamentdə jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, müxalif qüvvələrin İrəvanda hazırladıqları etiraz aksiyalarının arxasında başqa nüanslar dayanır.
Simonyan "baş daşnak" sayılan İşxan Saqatelyanın da canfəşanlıq etməsinə xüsusi toxunub.

"Ən Rusiyapərəst hökumət bizik" - Simonyan
“Müxalifət siyasi intihar rolunu İşxan Saqatelyana həvalə edib. İşxan Saqatelyan bunu anlamır. Sadəcə olaraq təəccüblənirəm ki, o, siyasi məhvə doğru sürükləndiyini anlaya bilmir. Biz də müxalifət olmuşuq. Mitinq keçirməyin nə demək olduğunu, nə vaxt dayanacağımızı bilirdik. Müxalifət parlamentə gəlmir. Yalnız Konstantin Zatulini müdafiə etmək lazım olanda gəlirlər”, - Simonyan dolayısı yolla müxalifətin aksiyalarının arxasında böyük ölkələrdən birinin dayanmasına söz atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müxalifət  





Xəbər lenti