"Lakin Rusiya ali hərbi rəhbərliyinin belə müzakirələr aparmasının özü Bayden administrasiyasını təşvişə salıb", - nəşr yazıb.
Bu müzakirələr onu göstərir ki, Putinin nüvə silahından istifadə ilə bağlı hədələri sadəcə adi söz ola bilməz.
![]() |
"2023-də Kiyevə qarşı nüvədən istifadə olunmayacaq" - ISW |
NYT-nin məlumatına görə, Rusiya hərbi rəhbərliyi arasında aparılmış nüvə silahı ilə bağlı danışıqlara dair məlumatlar hələ oktyabrın ortalarında ABŞ hökuməti daxilində "tirajlanıb".
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə Rusiya hərbi liderləri arasında aparılmış bu müzakirələrə dair məlumatların təfərrüatlarını şərh etməkdən imtina edib.
Rusiya tərəfi hələlik məşhur nəşrin yaydığı məlumatı şərh etməyib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Federasiyasında qismən səfərbərlik elan edilən zaman Putin nüvə zərbəsi barədə xəbərdarlıq etmişdi.
Tural Tağıyev
AzVision.az