"Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Müharibə Araşdırmaları İnstitutu

   "Putin uzunmüddətli müharibəyə hazırlaşır" -    Müharibə Araşdırmaları İnstitutu
  03 Noyabr 2022    Oxunub:1389
Rusiya prezidenti Vladimir Putin uzunmüddətli müharibəyə hazırlaşır. O, ordusunun Ukraynada üzləşdiyi problemləri “əl rejimində” (Yəni avtomat idarəetmə yox-red.) həll etməyə çalışır. Moskva mərmi və raket çatışmazlığını kompensasiya etmək üçün İran və Şimali Koreyadan silah sistemləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb. Kremlin müdafiə sahəsində tərəfdaşlar tapmaq və Rusiya hərbi-sənaye kompleksini canlandırmaq cəhdlərini təhlil edən institutun mütəxəssislərinin hazırladıqları hesabatda qeyd edilir ki, bu tədbirlər Putinin dərin problemlərini həll etməyəcək.

Analitiklər xatırladıblar ki, Kreml rəhbəri Rusiya Silahlı Qüvvələrinin Koordinasiya Şurasının iclasındakı çıxışında hökumətin hərbi silah istehsalçıları arasında aktiv rəqabəti təmin etməli olduğunu bəyan edib.

Müharibə Araşdırmaları İnstitutu: "Putin Ukraynada gələn il də dayanmayacaq"
“Rusiyanın İranın kamikadze pilotsuz təyyarələri və ballistik raketlərini tədarük etməsi təcavüzkar ölkənin İrandan silah sistemlərindən asılılığını artıracaq”, - ISW-nin hesabatında yazılıb.

Ekspertlər qeyd ediblər ki, Moskvanın uzun illərdir sərt sanksiyalar altında olan dövlətlərdən silah tədarükündən asılı qalması isə Rusiya sənayesinin ordunun ehtiyaclarını operativ şəkildə, tez bir zamanda ödəyə bilib-bilməyəcəyinə real qiymət verəcək.

İndi Putinin əsas tərəfdaşı yalnız Belarusdur. Lakin bu, həm də psixoloji təzyiq alətlərindən biri sayılır. ISW analitikləri qeyd edirlər ki, Rusiya və Belarus rəsmiləri eyni "informasiya əməliyyatları"nı davam etdirmək üçün tez-tez ölkələr arasında ikitərəfli müdafiə sahəsində olan əməkdaşlığı xatırladırlar. Məsələn, Belarus Ukraynaya qarşı müharibəyə qoşula bilər iddiaları... Lakin analitiklər belə bir ssenarinin mümkün olmadığını düşünürlər.

Bununla belə, Putin və Lukaşenko birgə ittifaq fəaliyyətini nümayiş etdirməkdə davam edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə   Silah   Putin  





Xəbər lenti