Britaniya kəşfiyyatı rusların hər gün nə qədər texnika itirdiyini açıqladı

      Britaniya kəşfiyyatı    rusların hər gün nə qədər texnika itirdiyini açıqladı
  03 Noyabr 2022    Oxunub:783
Oktyabrın ortalarında Ukraynada olan rus işğalçı ordusu hər gün 40-dan çox zirehli texnika itirib.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyata istinadən məlumat yayıb. Qeyd edilir ki, Ukrayna torpaqlarında olan işğalçılar köhnə piyada döyüş maşınlarında hərəkət edirlər və onları "alüminium qutular" adlandırırlar.

"Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Müharibə Araşdırmaları İnstitutu
Kəşfiyyat məlumatlarına görə, çox güman ki, Rusiya Federasiyası son həftələrdə texnika ehtiyatlarını Belarusdan əldə etdiyi ən azı 100 ədəd piyada döyüş maşını və tankla artırıb.

Kəşfiyyatçılar onu da xüsusi olaraq vurğulayıblar ki, "Rusiyanın müharibə aparma tərzində zirehli birləşmələr və artilleriya mərkəzi yer tutur...".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə  





Xəbər lenti