AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın
Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında məlumat verilib. Analitiklər Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatlarına istinad edərək yazırlar ki, Rusiya oktyabrın ortalarından hər gün 40-dan çox zirehli texnika itirir.
"Son həftələrdə Rusiya Federasiyası Belarus anbarlarından 100 tank və zirehli texnikanın tədarükü ilə bağlı danışıqlara əl atıb", - ekspertlər qeyd ediblər.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri də bəyan edib ki, ruslar anbarlarında yatıb qalan və müvafiq texniki baxışlardan keçməmiş hərbi texnikaları çıxarmağa başlayıblar. Bu da rus ordusunun çətin vəziyyətə düşməsindən xəbər verir.
Tural Tağıyev
AzVision.az