"Ukrayna münaqişəsində nüvədən istifadəyə qarşıyıq" - Çin lideri

   "Ukrayna münaqişəsində nüvədən istifadəyə qarşıyıq" -    Çin lideri
  04 Noyabr 2022    Oxunub:903
Çin Ukrayna münaqişəsində nüvə silahının istifadəsinə qarşıdır və beynəlxalq ictimaiyyətin mümkün qədər tez Moskva ilə Kiyev arasında danışıqlar prosesinə başlamasında təkid edir.
AzVision.az xəbər verir ki, bunu Çin rəhbəri Si Tsinpin Almaniya kansleri Olaf Şolz ilə keçirdiyi görüşdə deyib.

"Rusiya Kiyevə qarşı nüvədən istifadəni müzakirə edir" - The New York Times

“Mövcud vəziyyətdə beynəlxalq ictimaiyyət Ukrayna böhranının sülh yolu ilə həlli üçün qüvvələrini birləşdirməli və mümkün olan hər şeyi etməlidir”, - Sinxua agentliyi Çin liderinin sözlərindən sitat gətirib.

O həmçinin qeyd edib ki, mümkün qədər tez bir zamanda birbaşa dialoq qurmaq və Rusiya-Ukrayna danışıqlarının bərpası üçün şərait yaratmaq lazımdır. Bütün bunlar isə nüvə silahından istifadə təhlükəsinə qarşı edilməlidir.

Si Cinpinin sözlərinə görə atom arsenalı mövcud problemlərin həllinə kömək etməyəcək.
“Avrasiyada nüvə böhranının yaranmasının qarşısını almaq lazımdır", - o dönə -dönə artan nüvə təhlükəsindən söz açıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Nüvə   Almaniya   Ukrayna  



Xəbər lenti