![]() |
Səfərbərliyə alınan ruslar komandirlərinə tabe olmurlar - VİDEO |
Hesabatda qeyd edilir ki, Rusiyada səfərbər edilmiş hərbi qulluqçular kifayət qədər hazırlıqlıqsız, zəif təchiz olunmuş və döyüşə çox həvəssiz olurlar.
Ekspertlər xüsusi olaraq vurğulayırlar ki, səfərbər olunanlar cəbhəyə birləşmiş bölüklər şəklində gəlmirlər. Əksinə, yeni qüvvələr doqquz aydır fasiləsiz döyüşən, heyət və texnika baxımdan dağıdıcı itkilərə məruz qalan, özləri də əsasən ruhdan düşmüş bölmələri əvəz etmək üçün tək-tək və ya kiçik hissələr kimi göndərilirlər.
Tural Tağıyev
AzVision.az