İrəvan daha bir siyasətçiyə qadağa qoydu

   İrəvan daha bir siyasətçiyə qadağa qoydu
  16 Noyabr 2022    Oxunub:1007
Ermənistanın tanınmış siyasətçilərindən olan "Respublika" Partiyasının sədr müavini, parlamentin "Şərəfim var" fraksiyasının üzvü Armen Aşotyana ölkədən çıxışla bağlı qadağa qoyulub. AzVision.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
O, qeyd edib ki, Zvartnots hava limanında pasport nəzarətindən keçərkən onu geri qaytarıblar. Aidiyyəti qurumun əməkdaşları deputata hansısa iş üzrə məhkəmə və ya araşdırmada adının keçdiyi əsas gətiriblər.

Rusiyalı politoloqun Ermənistana girişi qadağan olunub
"Məni bu ittiham və ya absurd əsasla Ermənistanı tərk etməyi qadağan edirlər. Bu gün elan etdiyim kimi, mən siyasi konfransda iştirak üçün Lissabona gedəcəkdim. Lakin Zvartnots hava limanında ölkəni tərk etməyimə absurd şəkildə qadağa qoydular. Sanki məni hansısa ağır cinayət işində ittiham olunuram. Bu vaxta qədər mənə heç bir ittiham irəli sürülməyib. Amma Nikolun rəhbərlik etdiyi ölkənin hüquq-mühafizə sisteminin anormallıqları bununla da bitmir.

Mənə müstəntiqə aid bir neçə telefon nömrəsini verdilər və səhər onunla özüm əlaqə saxlamalıyam. İndi vəkilim insan haqları ilə bağlı aidiyyəti qurum və müstəntiqlə əlaqə yaratmağa çalışır", - Aşotyan aeroportan paylaşım edərək gileylənib.

Qeyd edək ki, Aşotyan Paşinyan hakimiyyətinə qarşı sərt çıxışları ilə tanınır.

Xatırladaq ki, son bir ayda Ermənistan əsasən rusiyalı siyasətçi və ya jurnalistləri qara siyahıya salır. Onların ölkəyə girişinə qadağalar qoyulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat   Qadağa  



Xəbər lenti