"Oğlumu basdırdım, gəlib qazıb apardılar" - Erməni əsgər atası

   "Oğlumu basdırdım, gəlib qazıb apardılar" -    Erməni əsgər atası
  21 Noyabr 2022    Oxunub:1558
Xəbər verdiyimiz kimi bu gün 44 günlük müharibədə əsir və itkin düşmüş erməni əsgərlərin yaxınları İrəvanda etiraz aksiyası keçiriblər. Etiraz aksiyalarından biri Opera Teatrının həyətində baş tutub.
Erməni əsgər Hovsep Qaltsyanın atası Samvel Qaltsyan jurnalistlərə açıqlamasında deyib ki, oktyabrın 3-dən oğlundan xəbər ala bilməyib. O, ailəsinə təhvil verilmiş cəsəd əsasında övladını basdırdığını desə də, bir gecədə oğlunun cəsədinin qəbirdə olmadığı üzə çıxıb.

İtkin düşən erməni hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər
“Mən uşağımı basdırdım. Sonradan gəlib qəbri söküb aparıblar. Amma DNT-nin nəticələri düzgün idi. Aidiyyəti qurumun nümayəndələrinin deməsinə görə, kodlarda fərq var imiş. Çaşqınlıq yarandı, nə baş verdiyini deyə bilmərəm... Gəldilər və qalıqları qəbirdən çıxarıb apardılar. Özü də gecə apardılar ki, prosesdən xəbərim olmasın. Həmin vaxt mən Qarabağda idim. Anama və kürəkənimə məlumat vermişdilər. Amma ata kimi məni məlumatlandırmadılar”, - erməni valideyn gileylənib.

Qeyd edək ki, Ermənistanda oxşar hallar bir neçə dəfə baş verib. Hətta bir müddət öncə əsgər valideynlərindən biri aidiyyəti qurumların ona cəsəd qalığı kimi oğlunun üçayaqlı skeletini verdiklərini demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Etiraz   Qəbir  





Xəbər lenti