“Yapon fanatlarının belə gözəl mədəniyyəti var. Oyundan sonra azarkeşlərin atıb getdikləri zibilləri özləri ilə götürürlər. Bizim cəmiyyətdə belə bir xüsusiyyət və ya yüksək keyfiyyətlər yoxdur. Ona görə də bu gün dövlətlə bağlı olmayan cəmiyyətimiz, cəmiyyətdən uzaqlaşmış dövlətimiz var”, - Surenyanç gileylənib.
Qeyd edək ki, son günlər Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında çəkilmiş bəzi kadrlar gündəmə çevrilib. Qətərə gələn yapon azarkeşlər oyundan sonra yüksək mədəniyyət nümayiş etdirərək atılan zibilləri özləri ilə aparırlar. Yaxşı olardı ki, erməni politoloq öz xalqını yaponlarla müqayisə edərkən ölkəsinin Azərbaycan torpaqlarını minalarla zibilləməsindən, çirkləndirməsindən də söz açardı.
![](https://azvision.az/photos/2022/11/suren-surenyanc-n253926-1-3339418410.jpg)
Tural Tağıyev
AzVision.az