Ermənistanda təyyarə qəzasında ölənlər Rusiya vətəndaşlarıdır

   Ermənistanda təyyarə qəzasında    ölənlər Rusiya vətəndaşlarıdır
  01 Dekabr 2022    Oxunub:865
Ermənistanın Kotayk bölgəsində B55 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlər Rusiya vətəndaşları olub.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Kotayk Regional Xilasetmə İdarəsinin rəisi Gevorq Sedrakyan məlumat verib.

Ermənistanda qəzaya uğrayan təyyarə Həştərxana uçurmuş
Xatırladaq ki, bu gün "BeechCraft 95" modeli olan təyyarə havaya qalxandan sonra, saat 13:11-də radardan itib. Sonradan onun qalıqları saat 14:20-də aşkar edilib. Hadisə yerində yalnız iki yanmış cəsəd tapılıb.

Onun sözlərinə görə, təyyarə Craber kəndindəki qum mədəninin ərazisinə düşüb. Faciənin ilkin səbəbi kimi əlverişsiz hava şəraiti göstərilir. Sıx duman fonunda görmə qabiliyyətinin azalması, eləcə də kifayət qədər sərt relyefin olması hadisənin baş verməsində ilkin versiya kimi göstərilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Ermənistan  





Xəbər lenti