Anna Akopyanın fondunda müəmmalı "ianələr paradı"

   Anna Akopyanın fondunda müəmmalı    "ianələr paradı"
  02 Dekabr 2022    Oxunub:779
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. AzVision.az xəbər verir ki, dərc olunan məqalələrdə baş nazirin həyat yoldaşı Anna Akopyanın əlinin çirkli pullarla oynaması iddia olunur.
Məsələn, məşhur “Joğovurd” qəzeti yazır: “Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fondunda anonim "ianələrin paradı" davam edir. Belə bir məlumat əldə etmişik ki, bu il ərzində fondun donorlarının bir çoxu nədənsə yenidən kölgədə qalmağa üstünlük verib, açıq şəkildə kimlərin pul ödədiyi göstərilməyib. Beləliklə, 2021-2022-ci illərdə iki anonim dollar valyutası ilə köçürmə olub. Birdəfəlik 300 min və 5 min dollar. Ümumilikdə isə 109 milyon 636 min 468 dram məbləğində 9 anonim pul köçürməsi həyata keçirilib".

Anna Akopyanın növbəti "Fond qalmaqalı"
Paşinyan və komandası hər zaman bu cür fondlara qarşı çıxıblar və bu anonim pul köçürmə sistemini "reketçilik" hesab ediblər. Hətta Paşinyan hökumətinin hazırkı nümayəndələri, deputat Lena Nazaryan və Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan anonim ianələr, pul köçürən şəxslərin kimliyinin açıqlanması ilə bağlı bir neçə il əvvəl "İrəvan Fondu"na qarşı iddia da qaldırmışdılar.

Nəşr yazır ki, bu gün faktiki olaraq eyni sistem işə salınıb və həmin səlahiyyətli şəxslər üçün “vəziyyət dəyişib”. Onlar buna adi baxırlar və baş nazirin xanımının fonduna on minlərlə dollar məbləğində anonim köçürmələrdə qeyri-adi heç nə görmürlər.

Qeyd edilir ki, bir reallıq da ola bilər ki, anonim ianə adı altında Paşinyanla iş adamları arasında münasibətlər qurulur və ya belə “dil tapırlar”. Sən ianələr et, biz də sənə toxunmayaq...

Xatırladaq ki, 2018-ci ildə Ermənistanda baş verən inqilabdan sonra “Mənim addımım” blokunun və eyni adlı parlament fraksiyasının siyasi meydanda görünməsi ilə paralel olaraq daha bir “Mənim addımım” ideyası yarandı. Bu, baş nazirin həyat yoldaşı Anna Akopyanın təşəbbüsü ilə ərsəyə gələn və hazırda adı çirkli pulların yuyulmasında hallanan xeyriyyə fondudur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Fond   İanə   Paşinyan  





Xəbər lenti