Ordumuz Petrosyanın "16 yaşlı qəhrəman"ını belə məhv edib - TƏFƏRRÜATLAR |
"Salam əziz Santa. Mən özüm üçün hədiyyə istəmirəm, əvəzində daha vacib və qiymətli bir şey istəyirəm. Atam sentyabrın 14-də Cermukda öldürüldü. Amma atamı hələ də dəfn etməmişik. Anamla nənəmin söhbətini eşitdim və bilirəm ki, atam hələ də Azərbaycanın nəzarətində olan yerdədir. Yalvarıram, əgər bacarırsansa elə et ki, atamı mənə hədiyyə versinlər. Sonra atamı panteona aparaq və mən də ona gül gətirim. Mənə şam ağacı lazım deyil. Heç nə istəmirəm, bircə xahişim var ki, onu da yazdım..."
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 12-14-də Azərbaycanla sərhəddə təxribatlar törətmişdilər. Təxribatların qarşısını alan qəhrəman Azərbaycan Ordusu düşmənə ağır itkilər verərək bir sıra strateji yüksəklik və postları da ələ keçirib.
Tural Tağıyev
AzVision.az