Ordumuzun məhv etdiyi 5 dil bilən kəşfiyyatçı: Komandiri onu atıb qaçıb |
Azərbaycanın çörəyini yeyib suyundan içən xain Arutyunyan tarixi və əzəli torpaqlarımızda baş tutmuş üç müharibəninin üçündə də iştirak edibmiş. Birinci Qarabağ müharibəsi zamanı 16 yaşı olan hərbi cani sağ qala bilib. Aprel döyüşlərində də bəxt hərbi caninin üzünə gülüb. Vətən müharibəsində isə eyforiyaya qapılan, 90-cı illərdə olduğunu düşünən "Tsori Saşko" tikə-tikə edilib.
Aram ağzından süd iyi gələn Aleksandrın 1994-cü ildə guya fədakarlığa görə o dövrdə Ermənistanın ali mükafatı sayılmış 1-ci dərəcəli “Döyüş Xaçı” ilə təltif edildiyini də xatırladıb. Halbuki keçmiş prezident Levon Ter-Petrosyanın sevimli döyüşçüsü kimi təqdim olunan bu uşaq elementar hərbi bilik və davranışları hələ tam qavramamışdı. Sadəcə həmin dövrdə qəzetlərdə manşetləri bəzəyəcək hansısa "qəhrəman" obrazı yaratmaq lazım idi.
2016-cı ilin aprel döyüşləri zamanı isə o, Azərbaycan ordusunun Talış yüksəklikləri istiqamətində uğurla irəliləməsindən hikkələnib. Eyni anormal və gülməli təbliğat işini öz övladı üzərindən quran Aleksandr bu dəfə 15 yaşlı oğlu İvanı da özü ilə Xankəndidən cəbhə bölgəsinə aparıb.
Amma hərbi caninin sonuncu döyüşü, Azərbaycanın Vətən müharibəsi ona baha başa gəlib. Aleksandr bu dəfə məhv olunmaqdan qaça bilməyib, ucuz təbliğat işlərinə isə heç vaxtı da qalmayıb. Aram Gevroqyan Aleksandrın Pilotsuz Uçuş Aparatı (PUA) ilə məhv edildiyini vurğulayıb. Yəni məhz onun durduğu mövqeni PUA-dan atılan raketlə vuran qəhrəman hərbçilərimiz Petrosyanın sevimli hərbçisini tikə-tikə etməklə əvvəlki müharibə və döyüşlərdən qalan qisasımızı almağı bacarıblar.
Xatırladaq ki, Aram Gevorqyan ötən il də oxşar bir faktı üzə çıxarmışdı. Həmin vaxt məlum olmuşdu ki, hərbçilərimiz eks-prezident, hərbi cani Serj Sarkisyanın da sevimli kadrını, kəşfiyyatçısını cəhənnəmə vasil ediblər.
Görünür hələ bundan sonra Aram Gevorqyanın araşdırmalarında şişirdilərək əfsanə kimi təqdim edilən daha çox "Saşko"lar haqqında məlumatlar əldə edəcəyik.
Tural Tağıyev
AzVision.az