Ordumuzun məhv etdiyi 5 dil bilən kəşfiyyatçı: Komandiri onu atıb qaçıb

   Ordumuzun məhv etdiyi 5 dil bilən kəşfiyyatçı:   Komandiri onu atıb qaçıb
  11 Oktyabr 2021    Oxunub:1465
Artıq bir ildir ki, Ermənistan mediasında İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətin səbəbləri haqqında silsilə məqalələr dərc edilir. Jurnalistlər araşdırma yazıları hazırlayır, ekspertlər isə az qala hər gün bir fakt aşkarlayaraq ordunu, hakimiyyəti qınayırlar.
Azvision.az belə məqalələrdən biri də bu gün dərc olunub.

Hərbi məsələləri araşdıran məşhur bloger Aram Gevorqyan Qarabağda əsgərlərini qoyub qaçmış daha bir erməni komandir barədə neqativ fikirlər səsləndirib. O, Azərbaycan Ordusunun Suren adlı 5 dil bilən erməni hərbçini məhv etməsindən də söz açıb. Ehtimal edilir ki, əsgər hərbi əməliyyatlarda kəşfiyyaçı kimi iştirak edib.

44 gün fərarilik edən erməni komandirlər: Onlara niyə cinayət işi açılmır?
- Suren İrəvandan idi və Tat məktəbində, daha sonra isə Hindistanın Kəlküttədəki Erməni Humanitar Akademiyasında oxuyub. 5 dildə sərbəst danışırmışı. Ötən ilin iyul ayında orduya çağırılıb və Cəbrayılda xidmət edib. O müharibə başlayanda 2 ayın əsgəri olub. Suren bir il əvvəl, bu gün Hadrut meşələrində öldürülüb. O və onlarla əsgər yoldaşı komandirin qaçmasından sonra mühasirəyə düşüb. Beləcə hamısı öldürülüb. Valideynləri Surenin ölümündən sonra verilən bütün medallarından imtina ediblər.

Qeyd edək ki, Aram Gevorqyan hökumətin gizlins axladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən bir sıra əsgərlərin adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Məğlubiyyət   Əsgər  





Xəbər lenti