Yazı hərbi məsələləri araşdıran tanınmış erməni ekspert Aram Gevorqyanın aşkarladığı faktlar əsasında hazırlanıb.
-Mirzoyan Karenin atası Artur ilə tanış oldum. Karen Hadrut, Füzuli, Daşaltıdakı döyüşlərdə iştirak etdi və sonda əsgər yoldaşları ilə birgə pulemyotunu təhvil verərək mühasirəyə alındıqları Şuşaya aparıldı. Tağım komandiri Hayk Qorqiyan əsgərlərin komandirinə zəng edib, bütün tağımın məhv olduğunu və tək qaldığını söyləyərək onu aldadıb. Komandir ona "Xankəndinə gəl" əmrini verib... Beləcə Karenin komandiri qaçaraq Xankəndinə gedib . Amma Karen də daxil olmaqla, tağımdan 4 əsgər hələ sağ imiş. Məlum zəngdən bir müddət sonra eyni tağımda olan Hakop Yegiazaryan adlı biri zəng edərək rəhbərlikdən onları ərazidən çıxarmaq üçün kömək istəyib. Komandir isə əsgərlərin sağ qalmasına təəccüblənib. Lakin onları Şuşadan sağ çıxarmaq mümkün olmayıb. Bu adamlar əsgərlər olan əraziyə qayıda bilərdilər, amma bunu etmədilər... Komandirsiz, köməksiz vəziyyətdə qalan Karen intihar edib.
“10 mindən çox erməni hərbçi fərarilik edib” - Andranik Koçaryan |
-Artıq 10 aydır ki, komandir Hayk Gorgiyan öz "dərisini xilas edərək" fərarilik etməkdə günahkar bilinir. Daha doğrusu onun qaçıb qaçmamasını öyrənmək üçün ilkin araşdırma aparılır... Bu da daha bir faktdır ki, əsgərlərdən biri ailəsi ilə əlaqə saxlayaraq komandirin onların başsız qoyduğunu deyib. Hətta əsgərin yaxınları həmin komandirə zəng edib onu uşaqların yanına qayıtmasına çağırıb. Əvəzində isə komandir ağlayaraq deyib ki, artıq gecdir, geri qayıtmağı bacarmayacaq...
Karenin atası da ədalətli mühakimənin baş tutmasını gözlədiyini deyir. Əks təqdirdə əsgərlərin yaxınları günahkarlarla problemi özləri "həll edəcəklər". Artıq müharibənin başlamasından 1 il keçir. Bu günə qədər əsgərlərini atıb qaçan heç bir komandir məsuliyyətə cəlb olunmayıb. Bəli, cinayət işləri açılıb, amma...
Xatırladaq ki, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan ölkədə 10 mindən çox fərarinin olduğunu etiraf etmişdi. O, jurnalistlərə açıqlamasında bildirmişdi ki, “Bizim 10 mindən çox axtarışda olan vətəndaşımız var ki, onlar da xidmətdən yayınıblar”.
Qeyd edək ki, hələ ötən ilin noyabr ayında Prezident İlham Əliyev xalqa müraciətində Ermənistan ordusunda fərarilik edənlərin sayının 10 mindən çox olduğunu diqqətə çatdırmışdı:
“Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”.
Tural Tağıyev
Azvision.az