İrəvanın dəhlizdə "xəstə oyun"u

   İrəvanın dəhlizdə    "xəstə oyun"u
  13 Dekabr 2022    Oxunub:1988
Xəbər verdiyimiz kimi azərbaycanlı fəallar ekoloji fəlakətin qarşısının alınması tələbi ilə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Bu səbəbdən dünəndən Laçın dəhlizində hərəkət dayandırılıb.
Ermənistan isə bundan öz çirkin məqsədləri, dezinformasiya yaymaq üçün istifadə edir. Məsələn, bu gün "Sputnik Armeniya" məlumat yayıb ki, guya yol açılmasa Qarabağda səhhətində problem olan ermənilər ölə bilərlər. Xankəndidəki tibb mərkəzinin direktoru Mher Musaelyan deyib ki, beş ağır xəstənin təcili olaraq Xankəndidən İrəvana daşınmasına ehtiyac var.

"Sülhməramlılar güc tətbiq etmək üçün "yuxarıdan" əmr gözləyirlər" - Hraparak
- Bir neçə xəstənin vəziyyəti son dərəcə ağırdır. Onlara müalicə və müayinə üçün İrəvana göndəriş yazılıb. Lakin yolun bağlanması səbəbindən Ermənistandakı xəstəxanalara çatdırılması mümkünsüz olub, - direktor gileylənib.

Maraqlıdır ki, Musaelyan xəstələrin adlarını və xəstəliklərini açıqlayarkən adi qızdırmalı şəxsi də siyahıya salıb...

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dəhliz  





Xəbər lenti