Yeni erməni nazirdən ilk qərar: "Məktəblərin hərbiləşdirilməsi dayansın!"

  Yeni erməni nazirdən ilk qərar:    "Məktəblərin hərbiləşdirilməsi dayansın!"
  16 Dekabr 2022    Oxunub:688
"Ermənistanın yeni təyin olunmuş təhsil, elm, mədəniyyət və idman naziri məktəblərdə bütün növ hərbi-vətənpərvərlik təlimlərinin və maarifləndirici tədbirlərin qadağan edilməsi barədə göstəriş verib".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın tanınmış nəşrlərdindən olan “Joğovurd” məlumat yayıb. Qeyd edilir ki, redaksiyaya bu göstərişlə bağlı xüsusi sənəd də daxil olub. Orada nazir İrəvanın vitse-merinə və Ermənistan Respublikasının bütün əyalətləri üzrə aidiyyəti şəxslərə məktəblərin hərbiləşdirilməsindən çəkinmək tapşırılıb.

Ermənistanda zabitlər 13-cü maaşı ala bilmirlər
"Sadə dillə desək, bu, “Komandos” Hərbi İdman Klubu, “Zark” proqramı, “Pokr Mher”, vətənpərvər ictimai təşkilat olan "OMA" (“Sağ qalmaq sənəti”) və s. fəaliyyətləri məhdudlaşdırır", - məqalədə yazılıb. Müəllif sual edir ki, "Nə baş verir? Bundan sonra məktəblilər Əsgərlik öncəsi hərbi hazırlıq fənnindən başqa digər hərbi-vətənpərvərlik proqramlarında və kurslarda iştirak edə bilməzlər".

Məqalədə o da vurğulanır ki, bu hadisə əslində, hakim elitanın siyasi davranış tərzi və özünəməxsus dəst-xəttidir. Yəni xalq vətənpərvərlikdən nə qədər uzaq olsa, bir o qədər yaxşıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məktəb  





Xəbər lenti