"Sülhməramlılar olmasaydı bizim rejim məhv edilərdi" - Babayan

   "Sülhməramlılar olmasaydı bizim rejim məhv edilərdi" -    Babayan
  16 Dekabr 2022    Oxunub:1267
Bir neçə gündür Laçın dəhlizinin bağlı qalması Xankəndidəki separatçıları təşviş içində saxlayır. AzVision.az xəbər verir ki, bu gün jurnalistlərə açıqlama verən qondarma rejimin "xarici işlər naziri" vəzifəsini icra edən David Babayan gərginlik içində yaşadıqlarını gizlətməyib.
O, rus sülhməramlılarına yaltaqlanmağı da unutmayıb: “Ümid edirik ki, bu gün Gorus- Xankəndi yolu açılacaq. Bu istiqamətdə müəyyən işlər görülür. Amma biz onu da anlamalıyıq ki, bundan sonra bu cür hadisələr tez-tez baş verəcək. Laçın dəhlizindəki keçid məntəqəsində gömrük postunun quraşdırılmasına gəldikdə isə, əgər bu reallaşsa, post Xankəndini "həbsxanaya" çevirəcək”.

Təxribatçı Vardanyan Xənkəndidə mitinq elan etdi
Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinin "əhəmiyyəti"ndən danışan Babayan qeyd edib ki, “Biz obyektiv olmalıyıq. Rusiya sülhməramlı missiyası olmasaydı, bizim rejim çoxdan məhv olardı. Digər tərəfdən, onu da gördük ki, sülhməramlı missiyanın potensialı artırılmalıdır. Artıq müxtəlif instansiyalarda bu mövzuda olan təkliflərimizi səsləndirmişik”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Sülhməramlı  





Xəbər lenti