Tehranın yeni xain planı - İrəvan dronlarla silahlandırılacaq

     Tehranın yeni xain planı   - İrəvan dronlarla silahlandırılacaq
  19 Dekabr 2022    Oxunub:918
İran Ermənistanı dronlarla təmin edə bilər. AzVision.azxəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" saytı məlumat yayıb. Nəşr avqustda "Əl-Cəzirə"də dərc olunmuş məlumatı xatırladaraq yazıb ki, həmçin vaxt İran dronlarla bağlı tədbir keçiribmiş.
Qeyd edilir ki, tədbirdə Ukrayna torpaqlarını zəbt etmiş Rusiya ilə yanaşı, işğalın ilk günlərindən rus ordusuna öz torpaqlarından istifadə etməyə icazə verən Belarus və Ermənistan da iştirak edib.

Kanada mətbuatı Ermənistan-İran işbirliyindən yazıb
Mövzu ilə bağlı noyabrın sonlarında Amerikanın "Forbes" jurnalında dərc olunan məqalədə də diqqət çəkib. “Ermənistan və Serbiya niyə İran pilotsuz təyyarələrinə can atırlar” başlıqlı məqalədə 2022 “İrana PUA ixracı üçün əla il oldu” cümləsi ilə başlayıb. Tehran rəhbərliyinin Ukraynaya hücumda istifadə olunan minlərlə Şahid-136 kamikadze PUA-larını Moskvaya göndərdiyini xatırladan "Forbes", iranlı general-mayor Yəhya Rəhim Səfəvinin fikirlərini də dərc edib. Qeyd edilir ki, müvafiq olaraq, Ermənistan və Serbiya da daxil olmaqla 22 ölkə aktiv şəkildə İrandan pilotsuz təyyarələr almaq istəyir.

İranın pilotsuz təyyarələrinin Ermənistan və Serbiyaya verilməsinin həm Qafqaz, həm də Balkan yarımadasında problemləri şaxələndirəcək ciddi nəticələrə gətirib çıxaracağını yazan müəllif ermənilərin niyə Tehrana elçi düşməsini də izah edib. İrəvan administrasiyası bu mövzuda daha güclü rəqibi ilə üz-üzə qalıb ki, bu da Azərbaycandır.

Araşdırmaçı Samuel Bendett isə "Forbes"ə açıqlamasında Ermənistanın güclənən Türkiyə-Azərbaycan müttəfiqliyini balanslaşdırmağın yollarını axtardığını vurğulayıb. O, Türkiyə PUA-larının Qarabağdakı qələbədə oynadığı rolu da xatırladıb.

İranın, eləcə də Ermənistanın Ankara-Bakı müttəfiqliyindən narahat olduğunu deyən Bendett iki ildir Tehran administrasiyasının Azərbaycan sərhədində keçirdiyi təlimlərə diqqət çəkib. Samuel Bendett həmçinin iddia edib ki, Ermənistan gələcəkdə Şahid-136 kamikadze dronları ilə Azərbaycana və hətta Türkiyəyə meydan oxuya bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Dron   Ermənistan  



Xəbər lenti