Zelenskinin ofisi: "Saakaşvilini qəbul və müalicə etməyə hazırıq"

      Zelenskinin ofisi:  "Saakaşvilini qəbul və müalicə etməyə hazırıq"
  20 Dekabr 2022    Oxunub:810
Ukrayna Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təhlükəsizliyini və müalicəsini təmin etmək üçün onu qəbul etməyə hazırdır. AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Tanıdığınız bir insanın necə ölməsinə canlı televiziyada baxmaq olmur. Gürcüstan tarixinin və onun eks-prezidentinin bütün sivil dünyanın gözü qarşısında necə öldürüldüyünü izləyə bilmirsən. Ukrayna Mixail Saakaşvilini qəbul etməyə hazırdır və onun təhlükəsizliyinə, düzgün müalicə olunmasına zəmanət verir. Gürcüstan, düzgün seçim et”, – Podolyak Twitter-də yazıb.

Saakaşvili niyə tanınmaz hala düşüb? - Vəkili səbəbi açıqladı
Qeyd edək ki, həbs edilən eks-prezident mayın 12-dən Vivamedi mülki klinikasında yatır. Saakaşvilinin səhhətində problemlər onun 50 günlük aclıq aksiyasından sonra başlayıb. O, həbs olunduğu gün, 2021-ci il oktyabrın 1-də aclıq aksiyasına start verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Saakaşvili  





Xəbər lenti