İlham Əliyev Vardanyanın ancaq əfv müraciətinə baxa bilər! |
O həmçinin gileylənərək deyib: "Bu gün biz uşaqları Ermənistanda qalan valideynlərlə görüşəcəyik ki, belə vəziyyətdə necə davranacağımızla bağlı çıxış yolu tapaq. Uşaqların valideynlərinə qovuşması çox vacibdir. Təəssüf ki, bir neçə nəfər ölüb və cəsədləri Qarabağa çatdıra bilməyiblər. Günümüzdə ailələr bir-birindən ayrı düşürlər və bu, getdikcə daha ciddi və uzunmüddətli problemə çevrilir”.
Qeyd edək ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib : "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Tural Tağıyev
AzVision.az