"Putin 5 aydır ki, mühüm qələbə qazana bilmır" - ISW

   "Putin  5 aydır    ki, mühüm qələbə qazana bilmır" -    ISW
  23 Dekabr 2022    Oxunub:657
"Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarına hazır deyil. Kreml Ukraynaya legitim olmayan dövlət, Zelenskiyə isə başqalarından asılı olan bir oyunçu kimi baxmaqda davam edir".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) yaydığı hesabatda yazılıb. Analitiklərin gündəlik hesabatında qeyd edilir ki, Putin uzun sürən müharibəyə görə məsuliyyətdən boyun qaçırmaq üçün səylərini ikiqat artırır.

Kreml niyə atəşkəsə can atır? - ISW səbəbi açıqladı
O, Rusiyanın müharibəni tez bir zamanda dayandırmaq istəyi ilə bağlı bir neçə bəyanat verib. Kreml rəhbəri eyni zamanda qeyd edib ki, ölkəsi “xüsusi hərbi əməliyyat”ların sürətini artırmayacaq. Çünki bu, əsassız itkilərə səbəb olacaq. Analitiklərin fikrincə, bu bəyanatlar Kremlin qeyri-real məqsədlərinə çatmaq üçün getdikcə daha çox fədakarlıqlar edən rus auditoriyası qarşısında Putinin bahalı hərbi əməliyyatlara haqq qazandırmaq cəhdlərinin bir hissəsidir.

Mütəxəssislər onu da qeyd ediblər ki, iyulun 3-də Lisiçanskın ələ keçirilməsindən sonra Rusiya hərbçiləri Ukraynada heç bir mühüm qələbə qazana bilməyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti