"Artıq hər saatda narahatlıqlarımız yaranır" - Vardanyan

   "Artıq hər saatda narahatlıqlarımız yaranır" -    Vardanyan
  23 Dekabr 2022    Oxunub:1053
Separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyan növbəti dəfə Qarabağ ermənilərinə müraciət edib.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə canlı yayıma çıxan Vardanyan çətin vəziyyətə düşmələrindən gileylənib.

Xankəndi mitinqi niyə baş tutmadı? - "Hraparak" ilginc səbəbi açıqladı
"Vəziyyət çox mürəkkəbləşib. Artıq 264 saat keçdi, blokada şəraiti davam edir. Biz əlimizdən gələn hər şeyi edirik. Çətinlikləri, insanların narahatlığını başa düşürük, çünki artıq hər saatda narahatlıqlarımız yaranır", - Vardanyan qeyd edib.

Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib : "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Təxribatçı  





Xəbər lenti